TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİ
Topchubashov Moot Court Competition
Haqqında
Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri BDU Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunmaqla, görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuşdur. Milli hüquqa əsaslanan Müsabiqə 2018-ci ildən bəri konstitusiya icraatı qaydasında keçirilməklə, ölkədə bu formatda həyata keçirilən ilk və tək Müsabiqədir. Müsabiqə tələbələrdə hüquqi arqumentasiya, hüquqi təhlil və hüquqi yazı bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
2026
TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİ
Qaydalar
2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Qaydaları ilə buradan tanış ola bilərsiniz.

BƏLƏDÇİ
2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Yazılı Bələdçisi tezlikə elan olunacaqdır.
TəqvİM
2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Təqvimi ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Müsabİqə İŞİ
2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Müsabiqə İşi tezliklə elan olunacaqdır.
Tez-tez soruşulan suallar
Bakalavr təhsili alan II, III və IV kurs bakalavr və magistr təhsili alan hüquq tələbələri Müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak komanda şəklində mümkündür. Hər komanda ən az 2, ən çox 6 nəfərdən ibarət ola bilər.
Bəli, müsabiqəyə peşəkar hazırlıq məqsədilə təlimlər keçiriləcəkdir. Həmçinin Müsabiqədə hazırlanması tələb olunan Yazılının formatına dair Bələdçi təqdim ediləcək. Eyni zamanda ötən buraxılış üzrə “Ən yaxşı Ərizəçi” və “Ən yaxşı Cavabverən” Yazılıları da veb-sayta yerləşdirilmişdir.
Şifahi mərhələdə Müsabiqədə iştirakdan imtina edən komanda üzvlərinin Təşkilatçının digər Müsabiqələrində iştirakı qadağan olunur.
Ötən buraxılıŞlardan
Qalib: Ərizəçi “Məhəmməd Əmin Rəsulzadə” komandası.
Komanda üzvləri:
- Aytac Həsənova
- Aysun Mehdiyeva
- Elnur Behbudov
- Jalə Əsədzadə
- Şəhriyar Yusibov
Finalist: Cavabverən “Fətəli xan Xoyski” komandası.
Komanda üzvləri:
- Murad Əsgərov
- Tural Dəmirov
- Ramil Nəbiyev
- Rəvan Babayev
- Nicat Vəliyev
- Fazil Vəlizadə
Ən yaxşı Natiq: Nicat Vəliyev
Qalib: Ərizəçi “Məhəmməd Əmin Rəsulzadə” komandası.
Komanda üzvləri:
- Nuranə Əmrah
- Sevinc Sarıyeva
Finalist: “Fətəli xan Xoyski” komandası.
Komanda üzvləri:
- Tural Həsənov
- Anar Məlikov
- Siyavuş Bağırov
- İnqilab Hüseynzadə
Ən yaxşı Natiq: Tural Həsənov
MEDİA
Məhkəmə MüsabİQƏ CƏMİYYƏTİ
Topçubaşov Məhkəmə Müsabiqəsi Bakı Dövlət Universiteti Hüquq fakültəsi Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunur. 2016-cı ildən bəri fəaliyyət göstərən Cəmiyyət hüquq tələbələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra ilklərə imza atmışdır. Ölkədə konstitusiya icraatı qaydasında təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, mübahisələrin həlli sahəsində beynəlxalq təcrübəyə uyğun təşkil edilən Topçubaşov Arbitraj Müsabiqəsi, eləcə də Xoyski Mediasiya Müsabiqəsi Cəmiyyətin innovativ və unikal fəaliyyətinin göstəriciləridir. Bu müsabiqələrə 6 universitetdən 1000-dən çox tələbə cəlb olunmuşdur. Əlavə olaraq, Cəmiyyət müxtəlif sahələr üzrə aktual məsələrə dair bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir.
